Pep Qvardiolanın "Mançester Siti"ni tərk edəcəyi il bəlli olub.
Offsideplus.az xəbər verir ki, ispan mütəxəssis 2025-ci ildə "şəhərlilər"dən ayrılacaq. Bu barədə "MailSport" nəşri məlumat yayıb.
Klub Pepin komandada qalmasını istəsə də, təcrübəli mütəxəssis gələn yay komandadan ayrılmaqda qərarlıdır.
Qeyd edək ki, Pep Qvardiola 2016-cı ildən "Mançester Siti"ni çalışdırır.